Zərərli vərdişlər və onların həyatımıza neqativ təsiri

ADU-nun Təhsil fakültəsi nəzdində Pedaqogika kafedrası ADU tələbələrinin təcrübə keçdiyi orta məktəblərdə “Zərərli vərdişlər və onların həyatımıza neqativ təsiri” mövzusunda silsilə tədbirlər keçirir.
           Belə tədbirlərdən biri də aprelin 15-də Nəsimi rayonunun 211 saylı tam orta məktəbində baş tutmuşdur. Təcrübəçi tələbələr – Məmmədli Şəlalə və Ələsova Aysel iki hissədən ibarət olan təlimdə 7 “C” sinif şagirdlərinə siqaret çəkməyin, alkoqollu içkilərə və narkotik vasitələrə aludəçiliyin zərərləri haqqında geniş məlumat vermiş, adıçəkilən problemlərin həm tibbi, həm də sosial tərəflərinə toxunmuşlar. Qrup işindən və diskussiyadan istifadə olunan təlimdə şagirdlər hər bir zərərli vərdiş haqqında bildikləri məlumatları bölüşmüş, slaydlarda təqdim olunan şəkil və fikirlərə öz münasibətlərini ifadə etmişlər.
           Həmçinin təlimin ikinci hissəsində məktəbyaşlı uşaqlar üçün xüsusilə aktual olan digər zərərli vərdişlər – kompüter oyunlarına, mobil rabitə vasitələrindən istifadəyə aludəçilik, düzgün qidalanmama, energetik içkilərdən istifadə halları işıqlandırılmışdır.
           Təlimdə ADU-nun Pedaqogika kafedrasının dosenti, pedaqoq Jalə Mustafayeva, 211 saylı tam orta məktəbin direktoru Həcər Mahmudova, “Məktəblinin dostu” layihəsinin üzvləri iştirak etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi