Heç kəs diqqətdən kənarda qalmamalıdır
Məktəbdə problemli ailələrdən olan uşaqlara diqqət və qayğı həmişə diqqət mərkəzində olmalıdır. Hər şagirdə fərdi yanaşılmalı, psixoloji dəstəyə ehtiyacı olan, aztəminatlı və problemli ailələrdən olan şagirdlərlə fərdi söhbətlər aparmalı, valideynlərlə mütəmadi görüşlər keçirilməlidir.
Bu gün məktəbdə keçirilən iclas məhz bu mövzuları əhatə etdi. Məktəbin direktoru çıxış edərək sinif rəhbərləri və fənn müəllimlərinin daha məsuliyyətli və diqqətli olmalarını bir daha vurğuladı. Dəstəyə ehtiyacı olan şagirdlərə diqqəti artırmaq, onların valideynləri ilə tez-tez əlaqə yaratmaq, həmyaşıdları ilə münasibətlərini ön planda saxlamaq məktəb kollektivinin vacib və təxirəsalınmaz vəzifələrindəndir.
İclasda həmçinin məktəbin psixoloqu və tibb bacısı çıxış etdi. Şagirdlərin hər bir hərəkəti, ətrafda baş verən hadisələrə münasibəti barədə tövsiyələr verildi.