Kimyəvi elementlər
Kimya fənn müəllimi Şərifə Əliyeva 7 “D” sinfində “Hidrogen, xassələri və tətbiqi” mövzusunda açıq dərs keçirdi. Dərs prosesi zamanı hidrogen bir element kimi xarakterizə edildi, şagirdlər bu kimyəvi elementə xas əlamətlər, onun əhəmiyyəti barədə yeni biliklər əldə etdilər. Kimya laboratoriyasında baş tutan açıq dərs elektron vasitələr və təcrübələrlə daha da maraq oldu.