Fənn müsabiqəsi
Təbiət və texniki fənlərə şagirdlərin marağını artırmaq, istedadlı şagirdləri aşkara çıxarmaq məqsədilə müxtəlif müsabiqə və siniflərarası yarış keçirmək həmişə müsbət nəticə verir.Bu məqsədlə məktəbdə fizika müəllimlərinin rəhbərliyi ilə fizikadan " Fənn müsabiqəsi" nin I mərhələsi keçirildi Müsabiqə 9-11- ci siniflər arasında keçirildi. Hər sinfə 30 test və 2 məsələ olmaqla tapşırıq nümunələri təqdim olundu. Hər sinifdən ən yüksək nəticə toplayan şagirdlər seçilərək bir komanda şəklində birləşdilər.Beləliklə ,tərtib olunan komanda II mərhələdə iştirak etmək hüququ qazandı.
Gələcək mərhələdə fərqlənəcək komanda üzvləri diplomlarla mükafatlanacaqlar