İslahatların əhəmiyyəti

           “Ölkəmizdə sosial-iqtisadi sahələr üzrə, o cümlədən təhsil sahəsində həyata keçirilən quruculuq işləri” mövzusunda tarix  müəllimi Gülgəz Süleymanova seminar təşkil etdi.
           Müəllim öz çıxışında qeyd etdi ki, hansı sahədə keçirilməsindən asılı olmayaraq, islahatlar hər bir ölkənin tarixində mühüm rol oynayır. İslahatlar o zaman uğurlu nəticə verir ki, dövrün tələblərindən irəli gəlsin, onların keçirilməsi üçün tarixi şərait yaransın. 1993-cü ildən indiyə kimi ölkəmizdə həm sosial-iqtisadi, həm də təhsil sahəsində keçirilən islahatlar üçün hər cür şərait yaradılmışdır. Çünki iqtisadi inkişafın olması digər sahələrin də inkişafına imkan verir. Ulu öndər Heydər Əliyev aparılan islahatların birbaşa təşəbbüskarı və təşkilatçısı olmuşdur. Həmin layihələr və yeni islahatlar onun layiqli davamçısı prezident İlham Əliyev tərəfindən bu gün də uğurla həyata keçirilir.
           Azərbaycan təhsilinin inkişafına göstərilən diqqət və qayğı gələcəyimiz olan uşaq və gənclərin sağlam ruhlu, dövlətçiliyimizə sədaqətli və vətənpərvər şəxsiyyətlər kimi formalaşacağına şərait yaradır.
           Sonra isə şagirdlərimiz ölkəmizdə gedən quruculuq işlərinin təhsildə rolu barədə araşdırmalarını əks etdirən təqdimatlar etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi