İslam dini xoşbəxtlik manifestidir

"Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyə olunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında " iş planının 1.2.1-ci bəndinə müvafiq olaraq tarix müəllimi Faidə Qəhrəmanova  məktəbin 9 “A” sinif şagirdləri ilə “İslam dininin humanist mahiyyəti, onun sülh, əmin-amanlıq, gözəl və saf əxlaqa, mərhəmət və şəfqətə, müxtəlif mədəniyyət və dəyərlərə dözümlülüyə, elmə və inkişafa çağırış dini olması" mövzusunda disput təşkil etdi.

 Məktəbin kitabxanasında təşkil olunmuş disputda şagirdlər İslam dinində əxlaqi normalar və etiqadi görüşlərə geniş yer verildiyini, bu dinin bəşəriyyət üçün xoşbəxtlik və qurtuluş manifesti olduğunu bir daha dərk etdilər. İslam dininin humanistliyi və kamilliyi ilə digər dinlərdən fərqi, elm və sənətə münasibəti barədə müəllim geniş məlumat verdi.

Görüşün sonunda şagirdlər müasir dövrdə müsəlmanlara münasibət mövzusuna toxunaraq, başqa dinlərə mənsub olan insanlara da eyni dərəcədə mərhəmət və şəfqətlə yanaşmağı, müxtəlif mədəniyyət və dəyərlərə hörmət etməyi hər kəsə tövsiyə etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi