ADU tələbələri ilə Novruz tədbiri

18 mart tarixində ADU-nun Filologiya və Jurnalistika fakültəsinin nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimi, metodist İlhamə İsgəndərovanın rəhbərliyi ilə təcrübəçi tələbələr-Məmmədli Şəlalə və Ələsova Ayselin təhkim olunduqları 7 “C” sinfinin şagirdləri ilə birlikdə Novruz bayramına həsr olunmuş tədbir nümayiş etdiriblər. Məktəbin Akt zalında baş tutmuş tədbir Azərbaycan və ingilis dillərində keçirilmişdir. Maraqlı ssenariyə malik tədbirdə turist rolunda çıxış edən iştirakçılara Novruzun tarixi, əhəmiyyəti, atributları, Novruz adət-ənənələri və mərasimləri-papaqatdı, qapıpusdu, yumurta döyüşdürmə, kəndirdartma, həmçinin bayramın baş qəhrəmanları olan Bahar Qız, Kosa və Keçəl haqqında ingilis dilində məlumat verilmişdir. Tədbir şagirdlərin ingilis dilində söylədikləri bahar fəslinə aid şeirlər, milli musiqi və rəqs nümunələri ilə müşayiət olunmuş, sonda bütün iştirakçıları birləşdirən Yallı rəqsi ilə yekunlaşmışdır. Tədbirdə məktəbin rəhbər heyəti, müəllimlər, təcrübəçi tələbələr və şagirdlər iştirak ediblər.

 

       

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi