Novruz bayramı və musiqi
Məktəbin 6 “A” sinfində musiqi müəllimi Şəlalə İsmayılova “Novruz bayramı və musiqi” mövzusunda açıq dərs verdi. Dərsin əsas məqsədi Azərbaycan musiqi mədəniyyətinin nadir incilərindən olan Novruz bayramına həsr olunmuş musiqi nümunələri ilə yaxından tanış olmaq, onların oxşar və fərqli xüsusiyyətlərini müəyyənləşdirmək, bayrama xas olan mahnılarda rəqs hərəkətlərinin düzgün yerinə yetirilməsini öyrətmək idi. Beyin həmləsi, müqayisə və müzakirə iş üsullarından istifadə edilən dərsdə şagird fəallığı diqqəti cəlb etdi.
Milli bayramımıza xas olan adət-ənənələrin timsalında şagirdlər Novruza həsr olunmuş mahnıları ifa etdilər, onların əhəmiyyətindən söz açdılar.