Təbiətin motivləri

Elimizə-obamıza fəsillərin gözəli yaz gəlir. Bu ərəfədə rəsm dərslərində keçirilən mövzular da daha çox təbiətlə bağlı olur. Məktəbin rəsm müəllimi Azadə Əhmədova 6 “B” sinfində açıq dərs verərkən mövzuya uyğun olaraq şagirdləri təbiətdə gördüklərinə daha diqqətlə yanaşmağa, ətrafımızda baş verən dəyişikliklərə incə zövqlə yanaşmağa səslədi.
           Motivasiya mərhələsində şagirdlər yaz fəslinin şəklini sözlə, dərsin gedişində isə fırça ilə təsvir etdilər. Maraqlı və dinamik dərsdə şagirdlər Vətənimizin əsrarəngiz təbiətə malik olduğunu və təbiətin  mahir rəssam kimi gözəl  mənzərələr  yaratdığını bir daha vurğuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi