“Çaylar” mövzusunda açıq dərs
Coğrafiya fənn müəllimi İradə Rzayeva 7 “E” sinfində “Çaylar” mövzusunda açıq dərs verdi. Müasir dərsin tələblərinə uyğun olaraq elektron və əyani vəsaitlərdən istifadə edilən bu dərsdə şagirdlər öz əl işlərini də nümayiş etdirdilər. Kanyon, delta və estuari anlayışları ilə tanış olan şagirdlər dünya xəritəsində ən uzun, ən bolsulu çayları göstərdilər, onları müqayisə etdilər. Azərbaycan ərazisindəki həm daimi axarı olan, həm də krik çaylar barədə müəllimin geniş və ətraflı izahı yeni dərsin mənimsənilməsinə, təlim nəticələrinin əldə edilməsinə zəmin yaratdı.