Sizinlə fəxr edirik!
Bakı Şəhəri üzrə Təhsil İdarəsində İranın paytaxtı Tehranda keçirilmiş karate üzrə beynəlxalq turnirdən qalibiyyətlə Vətənə qayıdan məktəblilərlə görüş keçirildi.
Sevindirici haldır ki, bu şagirdlərin arasında 211 nömrəli tam orta məktəbin iki şagirdi də vardı. Həmyaşıdları ilə mübarizə apararaq turnirin ən yaxşı nəticələrini göstərən 6e sinif şagirdi Muradov Davud, 7e sinif şagirdi Qədirov Rəşad mükafatlandırma mərasimində iştirak etdilər.
Bayrağımızı daim başı üzərinə qaldıracaqlarına və bundan sonrakı yarışlarda da Vətənə mükafatla geri dönəcəklərinə söz verən şagirdlər məktəbdə də hər kəsə örnək ola biləcək qalibiyyətləri ilə sinif yoldaşlarına, eləcə də həmyaşıdlarına idmanla məşğul olmağın həm sağlamlığa xeyrini, həm də ölkəmizə başucalığı gətirəcək amillərdən biri olduğunu bir daha nümayiş etdirdilər.
Təbrik edirik, uşaqlar, uğularınız bol olsun!