Öyrənək, düzgün istifadə edək

           Mart ayı ərzində məktəbdə texnologiya və rəsm aylığı keçirilir. Şagirdlərdə bu fənlərə marağı artırmaq, onların istedad və bacarıqlarını üzə çıxartmaq məqsədilə fənn aylığı boyunca rəsm və əl işlərindən ibarət sərgilər, açıq dərslər keçirilməsi nəzərdə tutulub. Bu gün 7"A" sinfində fənn müəllimi Natəvan Məmmədova "Burğu aləti və onun iş prinsipi " mövzusunda nümunəvi dərs təqdim etdi.Dərsin əsas məqsədi burğu aləti ilə yaxından tanışlıq, burğulama texnologiyasının məişətdə və texnikada istifadəsi barədə biliklər vermək idi.
           Dərsin gedişi əyani vasitələrlə daha da maraqlı oldu. Şagirdlər qurğunun hissələri, işləmə prinsipi ilə əyani olaraq tanış oldular, təqdim edilmiş qrup tapşırıqlarını cavablandırdılar.

 

    
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi