“Xocalı fəryadı”
26 fevral XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının XXIV ildönümünün keçirilməsi ilə bağlı məktəbimizdə I və II dərs saatları Xocalı faciəsinə həsr olundu. İbtidai sinif şagirdlərinin iştirakı iıə “Xocalı fəryadı” mövzusunda tədbir keçirildi. Tədbirdə ibtidai sinif şagirdləri Xocalıya həsr edilmiş bayatı, şeir söylədilər. Şagirdlər Xocalı müsibəti haqqında videoçarxlar izlədilər. Xocalı şəhidlərininn xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.