İnsan hüquqları
9 “C” sinfində Həyat bilgisi dərsində mövzu “Ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində doğma torpaqlarını tərk etmiş məcburi köçkünlərin hüquqları” idi.
Bu mövzu Xocalı soyqırımının 27-ci ildönümünə təsadüf etdiyi üçün şagirdlərə fənn müəllimi Cəmalə Zeynalova Xocalıda dinc əhalinin, o cümlədən qadınların, qocaların, uşaqların Ermənistanın silahlı dəstələri tərəfindən girov götürülməsi və saxlanılan yerli sakinlərə qarşı zorakılıq tətbiq edilməsi haqqında məlumat verdi.
Dərsin məqsədi doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın digər rayonlarına səpələnmiş məcburi köçkünlərin pozulmuş hüquqlarını, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli yollarını, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi idi.
Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəkətləri Cenevrə konvensiyasının, həmçinin Ümumdünya İnsan Haqları Bəyannaməsinin (BMT-nin Baş Assambleyası 10.12.1948-ci ildə qəbul etmişdir) maddələri kobud qaydada pozulub.
Silahlı dəstələrin hərəkətləri Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsi (BMT-nin Baş Assambleyası 14.12.19748-cü ildə qəbul etmişdir) kobud qaydada pozulmuşdur.
Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar. Cinayət cəzasız qala bilməz.
Sonda “Xocalıyıq” bədii filmi nümayiş etdirildi.