Cırtdanın sərgüzəştləri

       Ana dili xalqın milli mənəvi varlığı, özünü təsdiqi, həyat tərzi, mədəni irsidir. Əsrlər boyu xalqımızı qoruyan mədəniyyətimiz, incəsənətimiz dilimizin olub.
       Dil - insanlar arasında ən mühüm ünsiyyət vsitəsidir. Bu dil bizi dünyaya gətirən anamızın dilidir, üzərində boy atıb, böyüdüyümüz Vətənimizin dilidir, Azərbaycan Respublikasının dövlət dilidir.
       21 fevral tarixində məktəbin akt zalında “Ana dili günü“ ilə bağlı ibtidai sinif müəllimi Ramazanova Nərmin, kitabxana müdiri Fərəcova Ülviyyənin təşkilatçılığı və 3 “Ç” sinif şagirdlərinin iştirakı ilə “Cırtdanın sərgüzəştləri" adlı maraqlı səhnəcik təqdim edildi. Səhnəcikdə balaca fidanların ifasında “Şirin dil” mahnısı səsləndirildi və mövzuya həsr olunmuş sanamalar, bayatılar, yanıtmaclar, atalar sözləri, şerlər söylənildi. Tədbir məktəblilərdə əsl bayram ovqatı yaratdı, uşaqların sevincinə səbəb oldu. Azərbaycan dili əsrlər boyu inkişaf edəcək zamanlardan süzülə-süzülə kamil bir dilə çevriləcəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi