Valideynin məktəbdə bir günü
211 nömrəli tam orta məktəbdə “Valideynin məktəbdə bir günü” adlı layihə çərçivəsində görüş keçirildi.
Görüşdə məktəbin direktoru Həcər Mahmudova valideynləri salamlayaraq tədbirin əhəmiyyəti və dərs ilinin l yarımilində görülən işlər barədə məlumat verdi. Sonra valideynlər övladlarının təhsil şəraiti ilə yaxından tanış olaraq fənn kabinetlərində, idman zalında, eləcə də siniflərdə açıq dərslərdə oldular. Məktəbin akt zalında valideynlər üçün "İnternet təhlükəsizliyi ", "Valideyn-məktəb-şagird əlaqəsinin əhəmiyyəti" , "Qiymətləndirmədə yeni yanaşmalar" mövzularında seminarlar təşkil edildi.
Görüşün 2-ci hissəsində məktəbdə yeni yaradılmış Kiçik Akademiya fəallarının iştirakı ilə "Ana dilimiz-varlığımız" adlı elmi-praktik konfransda iştirak etdilər. Burada şagirdlər dilimizin keçdiyi tarixi yol haqqında araşdırmalarını təqdim etdilər, bədii hissədə şagirdlərin ifasında ana dilimizə həsr edilmiş ədəbi-bədii kompozisiyaya tamaşa etdilər.