Gənc kimyaçılar
211 N-li tam orta məktəbin şagirdləri arasında gənc kimyaçıların yaradıcılıq müsabiqəsinin məktəb mərhələsi keçirilmişdir. Məktəbdaxili yarışmada qalib gələn komandalar II mərhələdə iştirak etmək hüququ qazanacaq. Gənc kimyaçıların yaradıcılıq müsabiqəsinin II mərhələsində (22 fevral) hər rayon üzrə I yeri qazanmış komanda növbəti mərhələdə iştirak edəcək.