Xocalı soyqırımını unutmayaq.

H.ƏLİYEV:”Bütövlükdə Azərbaycan xalqına qarşı dəhşətli yönədilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır.Bu soyqırım,eyni zamanda,bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.Tarixi boyu çox faciələrin şahidi olmuş xalqımız XX əsrin sonlarında görünməmiş soyqırıma məruz qaldı.Xocalıda baş verən bu faciə Azərbaycan tarixinə ən dəhşətlı səhifə kimi daxil olmuşdur.Azərbaycanın ümummilli lideri H.Əliyev Xocalı soyqırımının on illiyi münasibətilə xalqa müraciətində demişdir:”Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”.Artıq o faciədən 24 il ötür.Qeyd etmək lazımdır ki,Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərin davamlı olaraq etnik təmizləmə soyqırım siyasətinə məruz qalmışdır.Soydaşlarımız tarixi torpaqlarından qovulmuş,qaçqına,məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur.Bəs ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi nə idi?Bu bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan,strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə,digər tərəfdən, ümumiyyətlə,Xocalını yer üzündən birdəfəlik silmək məqsədi idi.Çünki Xocalı elə bir yaşayış məskəni idi ki,o,Azərbaycan tarixinin qədim dövrlərdən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi.1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi.Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı.Çünki mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı.Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü.8 ailə tamamilə məhv edildi.1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu.25 uşaq hər iki valideynini,130 nəfər valideynlərindən birini itirdi.Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus,gürcü,ingilis,fransız,alman,amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalist və publisistlərini dəhşətə gətirmişdir.Cinayət cəzasız qalmamalıdır.Ermənistanın hərbi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir.Beynəlxalq təşkilatlar Xocalı soyqırımına əsl soyqırım hadisəsi kimi benəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.Xocalı soyqırımının XXIV ildönümü münasibətilə məktəbimizdə “XX əsrin faciəsi “adlı tədbir keçirilmişdir.Tədbirdə məktəbin direktoru,direktor müavinləri,müəllimlər,şagirdlər,valideynlər iştirak etmişlər.Yuxarı sinif şagirdlərinin iştirakı ilə hazılanmış tədbirdə şagirdlər bu faciənin xalqımızın tarixində ən qanlı səhifə olduğunu nümayiş etdirmişlər.Hərbi geyimdə olan iştirakçılar Xocalı sakinlərinin başına gətirilmiş işgəncənin tarixdə baş verən ən dəhşətli fakt olduğunu şeirlərlə,oxuduqları mahnılarla ifadə etmişlər.Qurbanlı Fəhmin,İsmayıllı Sənəm,İsmayılzadə İlqar,Gözəlli Aytənin çıxışları xüsusilə seçilmişdir.Tədbirin sonunda məktəbin direktoru V.Babayev çıxış edərək Xocalı soyqırımını xalqımıza qarşı yöndilmiş hərbi cinayət adlandırmış,faciənin günahkarlarının gec-tez cəzalanacağını qeyd etmişdir.Şagirdlər Azərbaycan bayrağını başları üzərində qaldıraraq tezliklə bu bayrağın Qarabağ torpaqlarında dalğalanacağına olan inamlarını ifadə etmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi