Nümunəvi dərs
Fevral ayı Azərbaycan dili və ədəbiyyat fənn aylığı olduğu üçün nümunəvi dərslərin dinlənilməsi davam edir. Növbəti belə dərs fənn müəllimi Elnarə Zeynalovanın təşkilatçılığı ilə Mark Tven "Fərasətli oğlan" ("Tom Soyerin macəraları" əsərindən) əsərinin məzmunu mövzusunda 5 “C” sinfində təqdim edildi.
Dərsin əsas məqsədi 19-cu əsr Amerika ədəbiyyatı ilə tanışlıq və Tom obrazının timsalında xoşbəxt, bədbəxt və dəcəl uşaqların həyatı ilə uşaqları tanış etmək idi.