Ziyalılarımızı tanıyaq

Böyüməkdə olan gənc nəslin Vətən məhəbbəti onun ailəsinə, yaşadığı yerə və xalqın həm qəhrəmanıq, həm də ədəbiyyat və incəsənət sahəsində ad qazanmış oğul və qızlarına olan sevgidən, hörmətdən başlayır.Heç təsadüfi deyil ki, bu tərbiyə prosesi öz qaynağını erkən yaşlarından götürür, bütün məktəb illəri boyunca davam edir. Bu cəhətdən muzeylərə ekskursiyaların təşkili mühüm əhəmiyyətə malikdir. Muzeydəki eksponatlar gənc nəslin intellektual düşünmə qabiliyyətini artırır, onlarda dünyagörüşün formalaşmasına müsbət təsir göstərir.
Belə ekskursiyalardan biri 6 "C" sinif şagirdləri üçün sinif rəhbərləri Əliyeva Təhminə və Azərbaycan dili və ədəbiyyat müəllimləri Hüseynova Yeganə tərəfindən təşkil olundu. Şagirdlər məşhur Azərbaycan ziyalısı, ictimai xadim və uşaq ədəbiyyatımızın yaranmasında əvəzsiz xidmətləri olmuş A.Şaiqin ev muzeyində ekskursiyada oldular.

       Gülərüzlü muzey əməkdaşlarının geniş və məzmunlu təqdimatı elə ilk dəqiqələrdən şagirdləri maraqlandırmağa başladı.Azərbaycan ədəbiyyatında, teatr sənətində və ölkəmizin ictimai həyatında böyük xidmətləri olan A.Şaiqin həyat və fəaliyyətinə aid eksponatlar bu dahi insanın xalq üçün nə qədər dəyərli olduğunu özündə əks etdirirdi.Sənətkarın şəxsi əşyaları da şagirdlərin xüsusi marağına səbəb oldu. Onlar bir daha dərk etdilər ki, xalqımızın istedadlı oğul və qızları həmişə olub və olacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi