Gənclər bizim gələcəyimizdir

       211 nömrəli tam orta məktəbdə Gənclər gününə həsr edilmiş “Gənclər bizim gələcəyimizdir” mövzusunda musiqili ədəbi-bədii kompozisiya təşkil edildi.
Məqsəd gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunması və Azərbaycan gəncliyinin daha da inkişafına hərtərəfli şərait yaradıldığını bir daha nümayiş etdirmək ibarət idi. Tədbirdə 211 nömrəli tam orta məktəbin direktoru Həcər Mahmudova, şair publisist Fəxrəddin Meydanlı, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-mütəxəssisi Lətafət Dadaşova, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları, məktəbin gənc müəllimləri, valideynlər, lX-Xl sinif şagirdləri iştirak edirdi. Tədbir Dövlət himninin səsləndirilməsi ilə başladı, sonra qonaqlara ümummilli lider Heydər Əliyevin Azərbaycan gəncliyi haqqında fikirlərini əhatə edən film-slayd təqdim edildi. Tədbiri giriş sözü ilə açan məktəb direktoru gəncləri bayram münasibətilə təbrik edərək onlara daim Vətənin adını uca tutmalarını arzuladı. 
       Tədbirdə iştirak edən qonaqlar: şair-publisist Fəxrəddin Meydanlı gənclərə həsr etdiyi şeirlərini söylədi, Səhiyyə Nazirliyinin əməkdaşı Lətafət Dadaşova çıxış edərək gənclərə ən gözəl sərvət olan cansağlığı arzulayaraq sağlam həyat tərzi sürmələrini tövsiyyə etdi. 
       Sonda şagirdlərin ifasında bir-birindən gözəl mahnılar, rəqslər, səhnəciklər təqdim olundu, qonaqlarla birlikdə xatirə şəkli çəkildirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi