Şəhidlər ölməz
15 yanvar 2019-cu il tarixində məktəbimizdə 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı "Şəhidlər ölməzlər" mövzusunda tədbir keçirildi.Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə 20 yanvar faciəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbir məktəbimizin şagirdlərinin və musiqi müəllimi Şəlalə İsmayılovanın hazırladığı "Şəhidlər ölməzlər" adlı bədii kompozisiyanın nümayişi ilə davam etdirildi.Məktəbimizin direktoru Həcər Mahmudova çıxış edərək Azərbaycan xalqının azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin qəhrəmanlıq mübarizəsinin, onların igidliyinin yüksək qiymətləndirildiyini, Vətən övladlarının qanları bahasına qazanılan müstəqilliyimizin qanımız və canımızla qorumalı olduğunu bildirdi.
Bu faciəyə etiraz səsini birinci ucaldan ümummilli lider Heydər Əliyevin 20 Yanvar hadisələrinə dünyada hüquqi-siyasi qiymət verməsinə nail olduğunu və hər il 20 Yanvar tarixinin Ümumxalq Hüzn Günü kimi qeyd edildiyini diqqətə çatdırdı.Azadlıq uğrunda canlarından keçmiş vətən övladlarının o qanlı gündə müasir Azərbaycan tarixində qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdıqlarını nəzərə çatdıraraq, qazanılmış mütəqilliyimizin əbədi və dönməz olduğunu söylədi.