Ana dilimizi sevirik.

1999-cu il noyabr ayında YUNESKO –nun qərarı ilə 21 fevral Beynalxalq Ana dili Günü elan edilib. Ana dili hər bir xalqın varlığını özündə əks etdirən başlıca amildir. Xalqın taleyi, onun mənliyi , mənəviyyatı və mədəniyyəti olan ana dili cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yaranır, tərəqqi edir. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, mükəmməl təhsil almasında, dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Azərbaycan dilini ilk dəfə dövlət səviyyəsinə qaldırmış Ş.İ.Xətayi demişdir: “ Ey türk oğulları ! Bir ovuc torpağınızı dünyanın var- dövlətinə, dilimizin bir sözünü ləl-cəvahirata dəyişməyin ! ” Son dövrlərdə isə Azərbaycan dilinin hərtərəfli inkişafı, onun beynəlxalq münasibətlər sisteminə, diplomatiya aləminə daxil olması, dünyanın mötəbər kürsülərindən eşidilməsi umummilli liderimiz H.Əliyevin adı ilə bağlıdır. Onun imzaladığı fərmanların dilin inkişafı və qoruması işində əvəzolunmaz rolu vardır. 2002-ci il 30sentyabr tarixdə “ Azərbaycan Respublikasında Dövlət dili haqqında ” Azərbaycan Respublikasının Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi , qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addımdır. Bu sənəd Ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin , qayğısının parlaq nümunələrindən biridir. Bu ənənələri ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlət başçısının müxtəlif vaxtlarda imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və “Azərbaycan Milli ensiklopediyasının hazırlanması haqqında” sərəncamları və bu istiqamətdə görülən işlərdə dilimizin inkişafına böyük qayğının təzahürüdür. Ana dilimizi qorumaq, inkişaf etdirmək bizim də borcumuzdur.Beynəlxalq Ana Dili Günü münasibətilə məktəbimizdə “Ana dilimizi sevirik” adlı tədbir keçirilmişdir. Tədbirdə məktəbin direktoru, direktor müavini, müəllimlər, şagirdlər iştirak etmişlər. 8a sinfinin şagirdləri Azərbaycan dili, onun tarixi , keçdiyi keçməkeşli yollar haqqında məlumat vermişlər. Şagirdlər Ana dilinə həsr olunmuş şeirlər söyləmiş, mahnılar oxumuşlar. Rus bölməsinin şagirdlərindən H.Nəzrin, İ.Nuray, H.Nuray,M.Seyranənin çıxışı xüsusi rəğbətlə qarşılanmışdır..Sonda məktəbin direktoru V.Babayev çıxış edərək Beynəlxalq Ana Dili Gününün yaranması və əhəmiyyətinin vacibliyini qeyd etdi. Umummilli liderimiz H. Əliyevin Ana dilinin inkişafı sahəsində gördüyü işlərdən, imzaladığı fərmanlardan geniş söz açaraq şagirdləri Vətəni, xalqı, onun dilini ulu öndər H.Əliyev kimi sevməyi tövsiyə etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi