İlham Əliyev və qüdrətli Azərbaycan
211 nömrəli tam orta məktəbin 2018/2019-cu dərs ili üçün fəaliyyət planının 1.3.14-cü bəndinə müvafiq olaraq müasir Azərbaycan tarixində İlham Əliyev epoxasının təbliği məqsədilə bu gün 211 və THL ilə birlikdə " İlham Əliyev və qüdrətli Azərbaycan " mövzusunda geniş tədbir keçirildi. Tədbirdə Nəsimi rayonu icra hakimiyyətinin nümayəndələri, hər 2 məktəbin müəllimləri, şagirdləri və valideynlər iştirak edirdi. İlk öncə məktəb direktorları: Səidə Zeynalova və Həcər Mahmudova giriş sözü ilə çıxış edərək qonaqları salamlayaraq tədbirin mühüm tərbiyəvi əhəmiyyət daşıdığını vurğuladılar. Hər iki məktəbin şagirdlərinin təqdimatında İlham Əliyevin həyat və fəaliyyəti haqqında məlumatlar və film-çarx nümayiş etdirildi. Eyni zamanda şagirdlər vətənpərvərlik ruhunda şeirlər, rəqs və mahnılar ifa etdilər.