N.Gəncəvi xəzinəsindən bir dürr çıxaraq
Nizami poeziyası fikir və düşüncə baxımından zəngin bir ümmandır. Bu səbəbdən 13.12.2018-ci il tarixdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Afaq Hacıyeva tədris etdiyi 6"Ç" və 8"A" sinfinin şagirdləri ilə dahi şairin "Yeddi gözəl" poemasından "Fitnə" hekayəsinin müzakirəsini keçirdi. Mütaliənin əvəzsiz xəzinə olduğunu qiymətləndirən sagirdlər bu əsəri də sevə-sevə oxuyub fikir mübadiləsi apardılar. Nizaminin hökmdarı uzaqgörən, həyatı gözəl dərk edən kəniz Fitnə ilə qarsılaşdırmasının səbəbini izah etməyə çalışdılar. Əsərdən bir parçanı səhnələşdirdikdən sonra "Fitnə"cizgi filmini izlədilər. Hekayədəki əsas fikir və ideyanı müəyyənləşdirərək obrazlardakı başlıca xüsusuiyyətləri sadaladılar. Nəticədə şagirdlər belə müzakirələrin onlar üçün nə qədər əhəmiyyətli olduğunu vurğulayıb mütaliəninin insanı düzgün formalaşdıran ən vacib amil olduğu qənaətinə gəldilər.