Böyük ömrün dastanı

Bu gün Azərbaycan xalqının yaddaşından silinməyən bir gündür. Hər il olduğu kimi bu il də məktəbimizdə maraqlı tədbirlər keçirildi. VII ”A” sinfinin müəllim Həbibova İradə ilə birgə hazırladığı tədbir daha da maraqlı idi. Sinif şair Zəlimxan Yaqubun “ Böyük ömrün dastanı” əsərinin müzakirəsini keçirtdi.
             Uşaqlar elegiyanı həvəslə oxuduqlarından danışıb, seirlər söylədilər. Hər bir şagird əsəri oxuduqdan sonra daha çox sevdiyi hissə haqqında ayrıca məlumat verdi. Müzakirənin ən maraqlı hissəsini uşaqların sualları təşkil edirdi. Bir - birinə yönəldilən sualların cavabı isə əsərdən gətirilən nümunələr idi. Müzakirənin sonunda şagirdlər bir daha bildirdilər ki, onlar Ulu Öndəri təkcə doğum və anım günündə deyil, həmişə yad edəcəklər. Çünki bu dadlı, şirin dünyada onun yeri həmişə görünəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi