Şəkərli diabetə tutulmaq risqini azaldaq
211 N-li məktəbdə həyata keçirilən “Sağlam bədəndə sağlam ruh” layihəsi çərçivəsində sinif təşkilat saatları bu dəfə tibbi maarifləndirici təbliğat işlərinə həsr edildi. Aparılan işlərin davamı olaraq 8 "B" sinfində 4 dekabr tarixində keçirilən sinif təşkilat saatında “Şəkərli diabet” xəstəliyi haqqında danışıldı. Biologiya müəllimi F. Əmirova, tibb bacısı R. Mustafayeva, tərbiyə işləri üzrə direktor müavini G. Ədilova “Şəkərli diabetə tutulmaq riskini azaldaq” mövzusunda maarifləndirici söhbət apardılar. Şagirdlərə şəkərli diabetə tutulmaq riskləri barəfə ətraflı məlumatlar verilərək sağlam həyat tərzi keçirmək üçün düzgün qidalanmaq və idmanla məşğul olmaları tövsiyə edildi.