1 dekabr Ümumdünya QİÇS-lə mübarizə günüdür. Bu günün qeyd olunmasında əsas məqsəd dünya ölkələrini problemlə mübarizədə bir araya gətirmək və yetişməkdə olan gənc nəslin HİV virusu haqqında təfəkkürünün formalaşdırılması və marifləndirilməsidir. Bu gün 211 nömrəli tam orta məktəbin 8 və 11-ci sinif şagirdləri Firidun Bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında məktəbin biologiya müəllimi Cəmalə Zeynalovanın rəhbərliyi ilə 1 dekabr Ümumdünya QİÇS-lə mübarizə gününə həst edilmiş “QİÇS - ə YOX deyək!”tədbirində iştirak etdilər. Sonda tədirdə fəallığı ilə fərqlənən şagirdlərə məktəb rəhbərliyi tərəfindən Təşəkkürnamələr təqdim edildi.