Şeirlərdən çələng hörək
Gözəl şeir inkişafdır, mədəniyyətdir, ruhən təmizlənmək, saflaşmaqdır. Özünü, dünyanı kəşf etməkdir. Öyrəndiyini düşünmək və anlamaqdır. Şeirə həvəs uşağın yaradıcı təxəyyül gücünü genişləndirir,inkişaf etməkdə olan dünyasına öz müsbət təsirini göstərir.
Bu səbəbdən də VI "Ç" sinfində Azərbaycan dili və ədəbiyyat müəllimi Afaq Hacıyeva tərəfindən keçirilən şeir yarışması artıq ənənə halını almışdır. Tez-tez həyata keçirilən bu tədbir uşaqlar arasında şeir öyrənmək hissini gücləndirir, rəqabəti artırır. Azərbaycan poeziyasına, bədii söz sənətinə maraq oyadır