Mir Cəlal Paşayevin hekayələrinin izi ilə
21 noyabr 2018-ci il tarixində məktəbimizin kitabxana müdiri Fərəcova Ülviyyə,kitabxanaçı İsmayılova Rayihə və 6”Ç” sinif rəhbəri Əhmədova Ramilə şagirdləri ilə birlikdə Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiya etdilər.Ekuskursiyanın məqsədi şagirdlərin dünyagörüşünü artırmaq,mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda oxu mədəniyyətinin formalaşdırılması idi.
Görkəmli yazıçı Mir Cəlal Paşayevin 110 illik yubileyi ilə bağlı dəyirmi masa təşkil etdik.Dəyirmi masada şagirdlərimiz Mir Cəlal Paşayevin “Ərik ağacı”,”Ləyaqət”,”Nanənin hünəri”,”Ananin köynəyi”hekayəlrini müzakirə etdilər.Müzakirədə görkəmli yazıçının hekayələrindəki müsbət xüsusiyyətlər xüsusi vurğulandı.Sonra kitabxananın əməkdaşı Zahidə Dadaşova Mir CəlalPaşayevin yeni çap edilmiş “İki rəssam”,”Yuxu və külək” hekayələri haqqında ətraflı məlumat verdi,kitabxananın “Abonoment” və “Nağıl”şöbələri ilə tanış etdi.
Təşkil olunmuş ekskursiyadan şagirdlərimiz böyük maraq və xoş təəsüratla ayrıldılar.Bir daha əmin oldular ki, Mir Cəlal Paşayevin hekayələri zülmət bürümüş qüvvələr üçün işiqdır,nurdur.