Pedaqoji Şuranın növbəti iclas keçirildi
20.11.2018-ci il tarixdə 211 N-li tam orta məktəbin akt zalında 2018/2019-cu tədris ili üzrə Pedaqoji Şuranın növbəti iclası keçirildi. İclasın gündəliyində buraxılış imtahanlarına hazırlığın təşkili vəziyyəti, məktəbdaxili nizam-intizam istiqamətində əldə edilən nəticələr və istedadlı şagirdlərlə aparılacaq işlər müzakirə edildi.