Bir şagird bir ağac əksin və qorusun
Ölkə prezidentinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq ağac əkilməsinin təşviqi məqsədilə “Hər ailə ağac əksin” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başlanan və ənənəvi hal alan aksiya bu dəfə Sumqayıt şəhərində davam etdirildi.
17 noyabr 2018-ci il tarixində aksiya Sumqayıtda “Kimyaçı”mədəniyyət sarayının qarşısında saat 10:00-dan 12:00-dək keçirildi və vətəndaşlara müxtəlif cinsli ağac tingləri paylandı.
Ağacəkmə kampaniyası 17 noyabr 2018 ci il tarixində “Bir şagird bir ağac əksin və qorusun” devizi altında ETSN-nin dəstəyi ilə məktəblərdə də keçirildi.Bizim məktəbin biologiya müəllimi Cəmalə Zeynalova və şagirdləri Sumqayıt şəhərində keçirilən bu aksiyada iştirak etdilər.Aksiyada verilən ağac tinglərini şagirdlər məktəbə gətirib, məktəbin direktoru Həcər Mahmudovanın iştirakı ilə həyatyanı sahədə əkdilər.