METODBİRLƏŞMƏ İCLASI
Tətil şagirdlər üçündür. Bizim müəllimlər fənn metodbirləşmə iclaslarına start verdilər. Noyabrın 16-da məktəb rəhbərliyinin iştirakı ilə bölmələr üzrə metodbirləşmə iclasları keçirildi. İclasda 2018-2019-cu tədris ilində nəzərdə tutulan təşkilati-pedaqoji tədbirlərin həyata keçirilməsi, ümumi təhsil üzrə prioritet fəaliyyət istiqamətlərindən olan fənlər üzrə təlim nəticələrinin təhlili, dərslərin müasir təlim üsullarla keçirilməsinin təkmilləşməsi istiqamətində görüləcək işlər müzakirə olundu. Müəllimlərin rəy və təklifləri əsasında müvafiq qərarlar qəbul edildi.