Məktəblərarası onlayn şahmat yarışı

  Bakı şəhəri Binəqədi r-nu E.Həmidov adına 267 nömrəli məktəb-lisey və Nəsimi r-nu A.Abdullayev adına 211 nömrəli tam orta məktəb 9 Noyabr Azərbaycan Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir keçirdi. Hər iki məktəbdən olan şagirdlər https://lichess.org/ beynəlxalq şahmat saytına online qoşularaq, bayraq gününə həsr edilmiş məktəblərarası şahmat yarışmasında iştirak etdilər.
Tədbiri giriş sözü ilə 267 nömrəli məktəb-liseyin riyaziyyat-informatika müəllimi Sənubər Məmmədova açdı. Sonra 211 nömrəli tam orta məktəbin direktoru Həcər Mahmudova onlayn bağlantı ilə yarış iştirakçılarını salamladı. O, keçirilən tədbirin önəmli cəhətlərini qeyd edərək hər iki məktəbin gənc şahmatçılarına uğurlar dilədi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Hər iki məktəbin şagirdləri “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” azərbaycan, rus və ingilis dillərində məlumatlar verərək, şeirlər söylədilər. Hər il 9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilməsi, bayrağımızın şanlı tarixi, onun rəng çalarlarının rəmzi mənaları, Dövlət Bayrağı Muzeyinin yaradılması haqqında məlumatlar verdilər. Canlı yayımda olan şagirdlər dövlətimizin bütövlük, müstəqillik, yenilməzlik, ucalıq, müqəddəslik rəmzi olan Dövlət Bayrağımız haqqında şeirlər söylədilər. 
Sonra yarışmaya start verildi. Şahmat yarışması online olaraq https://lichess.org/saytında keçirilməklə bərabər canlı olaraq yayımlandı. Hər iki məktəbin şahmatçılarının saytda keçirdiyi oyunlar və qələbələri üzrə nəticələri bərabər oldu. 9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Gününə həsr olunmuş tədbirin sonunda hər iki məktəbin gənc şahmatçıları diplomlarla təltif olundular.
            Sonda iştirakçılara məktəbimizin direktoru Həcər Mahmudova tərəfindən təşəkkürnamələr verildi və xatirə şəkilləri  çəkdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi