DAİM ZİRVƏLƏRDƏ DALĞALAN, BAYRAĞIM!

              Bu gün ölkəmizin bütün təhsil müəssisələrində olduğu kimi bizim  məktəbdə də məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək məqsədilə 9 noyabr-Dövlət Bayrağı Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Keçirilən tədbirlərdə bayrağımızın yaranma tarixi, ulu öndər Heydər Əliyevin Dövlət bayrağı haqqındakı fikirləri, Azərbaycan bayrağının şanlı tarixi haqqında geniş məlumat verilib. Bildirilib ki, ölkə başçısının 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə təsis edilən Dövlət Bayrağı Günü müqəddəs bayrağımıza, tarixi keçmişimizə və mənəvi-siyasi dəyərlərimizə dövlət səviyyəsində olan diqqət və ehtiramın ən yüksək göstəricisidir. Keçirilən tədbirlərdə şagirdlər bayraq, vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.


 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi