9-cu siniflər arasında monitorinq keçirildi

               Bu gün məktəbimizin 9-cu sinifləri arasında ingilis dili fənni üzrə monitorinq keçirilmişdir. İmtahan dinləmə “listining” və oxu “reading” olmaqla 15 sualdan ibarət olmuşdur. Dinləmə mətni 4 qapalı, 2 açıq, oxu mətni isə 5 qapalı, 4 açıq sualdan ibarət idi. Şagirdlərə “dinləmə” mətninə 2 dəfə qulaq asdıqdan sonra 15 dəqiqə ərzində əvvəlcədən təqdim edilmiş vərəqlərə cavabları yazmaq  tapşırılmışdır. Dinləmə vərəqləri yığıldıqdan sonra verilmış 30 dəqiqə ərzində oxu mətninin suallarına cavab yazılmışdır.
               Monitorinqin keçirilməsində məqsəd şagirdlərin dinləmə vərdişlərini inkişaf etdirmək, söz ehtiyatlarının zənginləşdirilməsini təmin etmək və bilik, bacarıq səviyyəsinin öyrənilməsi, pedaqoji-psixoloji cəhətdən buraxılış imtahanlarına hazırlığının təmin edilməsi idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi