Bayraq - mənim kimliyimdir

           

         Bayraq bütövlük, müstəqillik, ucalıq rəmzidir. Bayraq millətin, xalqın qeyrət simvoludur. İstiqlal və azadlıq mücahidləri bayraq yolunda qan axıtmağı həyatlarının mənası sanmışlar. Bayraq Gününün təsis edilməsi dövlətçilik, milli həmrəylik və hərbi vətənpərvərlik kimi hisslərin aşılanması baxımından müstəsna əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin noyabrın 9 - nun Dövlət Bayrağı Günü kimi qeyd edilməsi haqqında fərmanı hər bir ölkə vətəndaşının qürur hissini artıran, dövlətçiliyimizə məhəbbət və ehtiramını yüksəldən amilə çevrildi.

             Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq məktəbimizdə " Bayraq - mənim kimliyimdir " adlı ədəbi-musiqili tədbir keçirildi. 1918 - ci ildə M. Ə. Rəsulzadənin: " Bir kərə yüksələn bayraq bir daha enməz ", - deyərək başı üzərinə qaldırdığı üçrəngli bayrağımızın 100 illiyi şagirdlərin ifasında səslənən şeir və mahnılarda qürurla vəsf olundu. Azərbaycan dili və ədəbiyyat müəllimləri Y. Hüseynova, A. Hacıyeva və musiqi müəllimi Ş. İsmayılovanın təşkilatçılığı ilə hazırlanmış tədbir varlığımızı təsdiqləyən bayrağımızın dövlətin mövcudluğunun ən parlaq nişanəsi olduğunu iştirakçılara bir daha xatırlatmış oldu. Şagirdlər müasirlik, türkçülük ideyalarını əks etdirən bayrağımızın tarixi və bu gününə həsr olunmuş maraqlı səhnəciklər nümayiş etdirdilər, bu bayrağın tezliklə Qarabağda dalğalanacağını arzu etdilər.

               Tədbirdə məktəbin direktoru Həcər Mahmudova, direktor müavini Gültəkin Ədilova, müəllimlər, valideynlər və şagirdlər iştirak etdi.

               Tədbirin sonunda məktəbin direktoru çıxış edərək bayram münasibətilə şagirdləri və müəllimləri təbrik etdi, onlara uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi