Əlvida payız
Bu gün 2 “D” sinifində keçirilən sinif təşkilat saatı “Əlvida payız” adlanırdı.Məqsəd uşaqları payız ayları ilə tanış etmək və bu aylar haqqında təəssürat yaratmaq idi.Əvvəlcədən şagirdlərə payız haqqında şeir nümunələri toplamaq,payızda hansı rənglərə daha çox rast gələ biləcəyimizdən bəhs etmək və əl işlərindən payız çələngi hazırlamaq tapşırılmışdır.
Dərsdə Azərbaycanın rayonlarında payızın gözəllikləri haqqında materiallardan istifadə olundu.Uşaqlar payız fəslində rast gəldiyimiz meyvələr haqqında danışdılarSonda uşaqlar payız fəsli haqda mahnı ifa etdilər.