Ədədlərin bayramı
Məktəbin ibtidai sinif müəllimi Təranə Əhmədova bu gün 1”A" sinifində “Ədədlərin bayramı” adlı tədbir keçirdi.Tədbirin əsas məqsədi 10 dairəsində ədədlərin öyrənilməsi bitdiyi üçün riyaziyyat fənninin tədrisinin daha yaxşı mənimsənilməsi və bu rəqəmlərin daha yaxşı tanınması yadda qalan etməsi idi.Şagirdlər riyaziyyat fənnindən öyrəndikləri rəqəmləri təqdimat zamanı nümayiş etdirdilər.Tədbir zamanı şagirdlər ədədlərə uyğun mahnılar oxudu,şeir nümunələri və sanamalar söylədilər.Bayram müəllim tərəfindən maraqlı və özünəməxsus hazırlanmışdı. Əldə olunan biliklər şagirdlər tərəfindən lazımi səviyyədə tətbiq olundu.