Birincilərin ilk hərfi
Məktəbimizdə əlifbamızın ilk “A” hərfi mövzusunda açıq dərs keçirildi. Dərsin keçirilməsində məqsəd şagirdlərə ana dilimizə hörrmət və məhəbbət hissini aşılamaqla yanaşı, nitq səslərinin həm ayrılıqda, həm də heca daxilində tələffüzünü, sözləri hecalarla oxumaq və yazmağı öyrətməkdən ibarət idi.
Dərsin gedişi zamanı şagirdlər “A” hərfinə aid “Azərbaycan”, ”Ana” və başqa şeirlərlə çıxış etdilər, ”A” hərfinin sözlərdə işlənmə yerinə, məqamına görə əşyalar nümayiş etdirərək sərbəst fikirlər bildirdilər. Dərsin sonunda məktəbin direktor əvəzi Gültəkin Ədilova Azərbaycan dilinin gözəlliyi, zənginliyi, tarixi haqqında danışaraq birinciləri təbrik etdi və onlara öz tövsiyyələrini verdi.