21 sentyabr-Beynəlxalq Sülh Günüdür

21 sentyabr–Beynəlxalq Sülh Günüdür. Bu münasibətlə məktəbimizdə “Beynəlxalq Sülh Günü”nə həsr edilmiş tədbir keçirildi.

Tədbirdə şagirdlər öz çıxış və təqdimatlarında bütün dünyada sülhün qorunması, insanların əmin–amanlıqda yaşaması, amansız müharibələrin, zorakılığın dayandırılması arzusunda olduqlarını şeirin, musiqinin dili ilə ifadə etdilər. “Müharibələrə son qoyulsun!” şüarı altında təqdim olunan videoçarxda gələcəyimiz olan uşaqlar bir daha vurğuladılar ki, bəşəriyyət yaranandan bəri sülh axtarışındadır. Sülh-əmin-amanlıq, qurub-yaratmaq, dinclik, sosial və mədəni inkişafdır.

Sonda çıxış edən direktor əvəzi Gültəkin Ədilova bu günün yaranma tarixindən, əhəmiyyətindən söz açdı. Qeyd etdi ki, Sülh mövzusu Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb edir. Dünyanın ən sülhsevər ölkələrindən biri olan Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır, lakin dövlətimiz münaqişənin həmişə sülh yolu ilə həllinə çalışır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi