1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən Qadınların Beynəlxalq Konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb.Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Ölkəmizdə uşaqların sağlam,hərtərəfli,Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb.Təbii ki,uşaq hüqüqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir.Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir. Ölkəmizdə uşaq hüquqlarının təmin olunması onların istedadının üzə çıxarılması istiqamətində silsilə tədbirlərin keçirilməsinə təkan verir.Məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə qaçqın və məcburi köçkün ailələrindən olan,eləcə də imkansız uşaqlara xüsusi diqqət ayrılır.Əlilliyi olan uşaqların cəmiyyətə qatılması və inteqrasiya olunması istiqamətində tədbirlər həyata keçirilir. Bu əlamətdar gün münasibətilə məktəbimizin həyətində maraqlı tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının Himni ilə başladı.Məktəbin direktoru V.Babayev giriş sözü ilə çıxış edərək ölkəmizdə uşaqların hərtərəfli inkişafı,əsl vətəndaş kimi böyüməsı üçün hər cür şəraitin yaradıldığını söylədi. Balaca məktəblilər rəngarəng proqramlarla çıxış edərək kiçik qəlblərindəki məhəbbəti,istedad və bacarığı nümayiş etdirdilər.Maraqlı rəqs nömrələri,mahnılar ifa edən şagirdlər bu gün onlar üçün yaradılmış şəraitdən məmnun olduqlarını kiçik çöhrələrindəki təbəssümlərindən bəlli edirdilər.Tədbirdə Azərbaycan və rus bölmələrinin şagirdləri həm Azərbaycan,həm də xarici dildə ürək sözlərini bildirərək onlar üçün yaradılmış şəraitə görə məktəb rəhbərliyinə təşəkkürlərini bildirdilər.Tədbir”Dünyanın bəzəyi uşaqlardır”şüarı yazılmış şarların havaya uçurulması ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi