20 Yanvar tariximizin qanlı səhifəsidir

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrdən 26 il keçir. Keçən uzun illər göstərdi ki, bu şərəfli tarixi ağlamaq, yas tutmaq günü kimi yox, qəhrəmanlıq salnaməsi kimi xatırlamaq lazımdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü üğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.1988-ci ildə Dağlıq Qarabağda baş qaldırmış erməni separatizminə Kreml rəhbərliyi tərəfindən rəvac verilməsi, 1989-cu ildə SSRİ Ali Sovetinin qərarı ilə DQMV – də yaradılmış Xüsusi İdarə Komitəsinin Azərbaycana qarşı qərəzli mövqeyi sayəsində azərbaycanlıların Ermənistandakı tarixi – etnik torpaqlarından tamamilə deportasiya edilməsi, Azərbaycan xalqının əl – qolunu bağlaması millətin səbir kasasını daşırmışdı. Bunu hiss edən Kreml 1990- cı ilin əvvəlində Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxan Azərbaycan xalqını cəzalandırmaq üçün Qanlı Yanvar qırğınını törətmiş Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə olmadı. O ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqbal və hürriyyət uğrunda xalqımızın apardığı milli azdlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. Ümummilli lider H. Əliyevin söylədiyi kimi, bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da onun mənliyini tapdaya bilmədi. Tariximizin bu səhifəsi imperiya güllələrinin səsindən açılsa da, şəhidlərimizin qanı ilə yazıldı. Həm də əbədi olaraq! Məktəbimizdə Qanlı Yanvar günü 9a sinif şagirdlərinin iştirakı ilə səhnələşdirilmiş “ Qarabağnamə” tamaşası ilə qeyd olundu. Ədəbiyyat müəllimi R. İlhənin rəhbərliyi ilə İ. Əfəndiyevin 20 Yanvar faciəsinə həsr etdiyi “Hökmdar və qızı” pyesi əsasında “ Qarabağnamə” tamaşası hazırlanmışdı.Tamaşanın ərsəyə gəlməsində sinif rəhbəri B. Zəminə və musiqi müəllimi İ. Şəlalənin böyük əməyi olmuşdur. Baş rollarda İsmayıllı Sənəm - Ağabəyim ağa, Kərimov Yusif –İbrahim xan, Lətifova Züleyxa – Tubu xanım, Qurbanlı Təhmin - Cavad xan iştirak edirdi. Bu səhnə əsəri ilə şagirdlərimiz tarixmizə bir daha səyahət etdilər. XVIII əsrdə xalqımızın başına gətrilən faciələrin davamı XX əsrin sonunda 20 Yanvar faciəsi ilə davam etdi. Məhz bu tamaşa şagirdlərimizə bir daha göstərdi ki, qanlı tariximizi unutmayaq, dostumuzu düşmənimizdən ayırmağı bacaraq.Tədbirin sonunda məktəbin direktoru V. Babayev çıxış etdi. Şagirdlərə tariximizin qanlı 20 Yanvar faciəsi barədə məlumat verdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi