Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə məktəbin ibtidai siniflərində silsilə tədbirlər keçirildi. Mayın 24-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə məktəbin IV sinif şagirdləri arasında istedadlı şagirdlərin aşkar edilməsi,fənnə olan maraqlarının artırılması,onlar arasında sağlam rəqabət və yarış mühitinin yaradılması məqsədilə riyaziyyat və Azərbaycan dili fənnindən məktəbdaxili bilik yarışı keçirildi..Şagirdlər dərs proqramına uyğun,eyni zamanda proqramdan kənar düşündürücü açıq və qapalı sualları cavablandırdılar.Nəticələr yoxlanılıdıqdan sonra qalib şagirdlər məktəb rəhbərliyi tərəfindən mükafatlandırılacaq. I-III siniflərdə keçirilən açıq dərslərdə şagirdlər AXC-nin yaranması və fəaliyyəti barədə yeni biliklər əldə edərək qürur mənbəyi ola biləcək qəhrəman oğul və qızlarımızı bir daha yad etdilər.Şagirdlər Zaqafqaziyada yaranmış ilk müstəqil dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş divar qəzetləri,təqdimatlar hazırlamışdılar.Balaca məktəblilər Azərbaycan Respublikasının Himnini,Vətənə,qəhrəmanlığa aid öyrəndikləri şeirləri böyük həvəslə söylədilər.Belə bir ölkənin vətəndaşı olmaqları ilə fəxr edən balacalar el yolunda hər cür qəhrəmanlığa hazır olduqlarını bir daha nümayiş etdirdilər. 1e sinif müəllimi Quliyeva Nigarın təşkilatçılığı ilə məktəbin akt zalında birincilərin iştirakı ilə” Müstəqil ölkənin övladlarıyıq”adlı tədbir keçirildi.Tədbirdə birincilər 8 ay müddətində əldə etdikləri bilik və bacarıqlarını nümayiş etdirərək bir-birindən gözəl rəqslər və çıxışlar etdilər.