Beynəlxalq Muzeylər Günu
18 may Beynəlxalq Muzeylər Günü münasibətilə”məktəbin 3A və 3B sinif şagirdləri Bakı şəhərində yerləşən bir çox muzey və tarixi abidələrə ekskursiyaya getmişlər.Şagirdlər qədimdən alınmaz qala sayılan İçərişəhərdə Şirvanşahlar Saray kompleksi,Qız Qalası,Məhəmməd məscidi,Ağa Mikayıl hamamı,Buxara karvansarayı,Qala Divarları kimi qədim memarlıq abidələrini maraqla seyr etdilər.Məlumat monitorlarından istifadə edərək abidələrin tarixi haqqında məlumatlar əldə etdilər. Eyni zamanda şagirdlər Azərbaycan Xalça Muzeyi,Azərbaycan Tarix Muzeyi,görkəmli rəssam T.Salahovun ev müzeyində oldular. Gördükləri,öyrəndikləri əsasında şagirdlər məktəbdə sərgi təşkil etmiş,”Tarixi abidələrimizi qoruyaq”mövzusunda inşa yazdılar.