Fövqəladə vəziyyətlərə hazırlıqla bağlı simulyasiya

Mayın 15-də məktəbdə “Məktəblinin dostu” layihəsinin təşkilatçılığı ilə fövqəladə vəziyyətlərə hazırlıqla bağlı simulyasiya keçirildi.
Tədbir çərçivəsində məktəbin müəllim və şagird heyətinə müxtəlif fövqəladə hallar zamanı necə davranılması barədə ətraflı məlumat çatdırıldı. FHN-ın istifadəsindəki avadanlıqlar nümayiş olunub, fövqəladə hallar zamanı ilkin tibbi yardım göstərilməsi barədə məlumat verildi.
Sonda məktəbin həyətində simulyasiya edilmiş yanğının söndürülməsi əməliyyatı üzrə nümunəvi praktik təqdimatlar nümayiş olundu.
Məktəbin direktoru Vaqif Babayev isə verilən məlumatların və keçirilən nümayişin şagird və müəllim heyəti üçün vacib olduğunu bildirdi.