Ibtidai siniflərdə növbəti qiymətləndirmə keçirildi

Təhsildə keyfiyyət ili çərçivəsində III sinif şagirdlərinin oxuma-anlama,sərbəst fikir yürütmə bacarıqlarının inkişaf dinamikasının yoxlanması məqsədilə mayın 15-də “Nağaranın tarixi”,”Bülbül və qaratikan” mətnlərii üzərində növbəti qiymətləndirmə aparıldi.Şagirdlər “Nağaranın tarixi” mətnindən Azərbaycan xalqının qədim musiqi alətləri haqda yeni məlumatlar öyrəndilər, müzakirələr apardılar.Digər mətndə Vətəndə və qürbətdə yaşamağın fərqi,Vətən həsrətinin hər bir canlı üçün dərd olması aşkara çıxarıldı. Sonda 15 açıq tipli sual şagirdlər tərəfindən cavablandırıldı.