Heydər Əliyev-95

  Azərbaycan xalqının xilaskarı,ümummilli lider Heydər Əliyev irsi olduqca zəngindir. O, nadir tarixi şəxsiyyətlərdəndir ki, mükəmməl dövlət quruculuğu konsepsiyasını işləyib reallaşdıra bilmişdir. Heydər Əliyev Azərbaycanı böyük bir fəlakətdən xilas etdi, sonra isə dövrün tələblərinə yüksək dərəcədə cavab verən müstəqil demokratik dövlət yaratdı. Azərbaycanlı olmağı ilə həmişə fəxr edən ulu öndər H.Əliyev təkcə Azərbaycanda deyil, bütün dünyada öz dərin zəkası, uzaqgörən siyasəti ilə tanınır.  Ürəyi həmişə vətən sevgisi ilə döyünən ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü məktəbimizdə xüsusi təntənə ilə keçirildi. Məktəbin həyətində reallaşan tədbirdə məktəbin şagird və müəllim kollektivi, valideynlər iştirak etdi. Tədbiri məktəbin direktoru Vaqif Babayev açaraq ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının taleyindəki müstəsna xidmətlərindən danışdı. Şagirdlərin hazırladıqları maraqlı rəqs nömrələri, mahnılar bu dahi insana olan sonuz məhəbbətdən xəbər verirdi.  Məktəbli musiqiçilərin ifasında xalq mahnıları, təsniflər səsləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi