Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadasının ilk turunun qalibləri
BŞTİ-nin F-152 nömrəli əmrinin tələblərinə uyğun 14 apreldə məktəbimizdə keçirilən"Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadası"nın ilk turunda 108 şagird iştirak etmişdir.Onlardan 31 nəfəri final mərhələyə vəsiqə qazanmışlar.Mayın 2-də Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadasının ilk turunun qaliblərinin mükafatlandırılma tədbiri keçirildi. Tədbirdə məktəbin direktoru,müəllimlər və valideynlər iştirak etdilər.Məktəbin direktoru Vaqif Babayev şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək,onlara beynəlxalq,yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq,istedadlı,xüsusilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq,onların həvəsləndirilməsi və elmə marağın artırılması haqqında müəllimlərə tövsiyələr və ciddi tapşırıqlar verdi.Sonda olimpiadada yüksək nəticələr əldə etmiş şagirdlərə diplomlar təqdim olundu.