Şərəfli ömür yolu
Aprelin 28-i XX əsr Azərbaycan tarixinin görkəmli simalarından sayılan Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümüdür. Akademik Zərifə Əliyevanın alim kimi qazandıgı böyük ugurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Zərifə xanımıın fəxri adları, elmi titulları, mükafatları çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Ancaq bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə Əliyeva ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı, prezidentimiz İlham Əliyev kimi ogul bəxş edib Azərbaycana. Gözəl ana, vəfalı ömür-gün yoldaşı, yüksək mənəvi keyfiyyətləri özündə birləşdirən Zərifə Əliyevanın dogum günü məktəbimizdə də yüksək səviyyədə qeyd edildi. Zərifə Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyətini əks etdirən video roliklə başlayan tədbirdə bu ziyalı xanımın obrazını özündə, əks etdirən hekayə daha maraqla qarşılandı. 9c sinif şagirdi Xədicə İsmayılova yazdıgı “Ad günü” adlı hekayədə ətrafa həmişə günəş kimi işıq saçan Zərifə Əliyevanın obrazını yaratmışdı. Bu obraz özünün xeyirxahlıgı, yüksək mədəniyyəti ilə tədbir iştirakçılarının alqışları ilə qarşılandı. Nəsirli Lalənın ifasında səslənən “Ana” eleqiyası bu gözəl insanın əziz xatirəsinin həm ailəsi, həm də bütün azərbaycanlıların qəlbində özünəməxsus yer tutdugunu bir daha əks etdirdi. M.Rəvanın Zərifə Əliyevaya həsr etdiyi təqdimatda hamıya örnək ola biləcək həyat yolu keçmiş bu ziyalı Azərbaycan qadınının sözlərdən qurulmuş əbədi heykəli tədbir iştirakçılarının gözü önündə bir daha canlandı. Tədbirin sonunda məktəbin direktoru Vaqif Babayev çıxış edərək Zərifə Əliyevanın Azərbaycan tarixində tutdugu mövqedən, elmi fəaliyyətindən və yuksək mənəvi keyfiyyətlərindən bir daha söz açdı.